Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları   DƏYİŞDİRİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

Sosial

15 Avqust 2026 22:41 199


Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə edilib. Sezar pizza

Dəyişikliklərə əsasən:

- 2 nömrəli marşrut:

Metronun "Dərnəgül" stansiyası istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində - Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

- 10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı.

- 20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı.

- 88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı;

Metronun "Azadlıq prospekti" stansiyası istiqamətində - Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!