2026-cı il oktyabrın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizinə bərabərdir.
“Yeni Sabah” xəbər verir ki, cari ilin yanvarı ilə müqayisədə xarici dövlət borcu 304,0 milyon ABŞ dolları məbləğində azalıb.
Borcun strukturunda kreditlər 3 milyard 122,2 milyon dollar, avrobondlar isə 1 milyard 387,3 milyon dollar paya sahibdir. Dominos pizza
Xarici borcun faiz növü üzrə bölgüsündə sabit faiz dərəcəsi ilə olan öhdəliklər 51,2 faiz, dəyişkən faiz dərəcəli öhdəliklər isə 48,8 faiz təşkil edib. Ödəmə müddətinə gəlincə, borcun 67,7 faizi (3 milyard 52,7 milyon dollar) 5 ilə qədər, 26,8 faizi (1 milyard 210,6 milyon dollar) 5 ildən 10 ilə qədər, 5,5 faizi (246,2 milyon dollar) isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Valyuta tərkibinə görə isə xarici borcun böyük hissəsi — 86,3 faizi ABŞ dollarının, 5,8 faizi avronun, 3,2 faizi yapon yeninin, 2,9 faizi Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqlarının (XBH), 1,7 faizi isə digər valyutaların payına düşür.
Hesabat dövründə dövlət büdcəsi hesabına xarici borclar üzrə ümumilikdə 1 milyard 52,6 milyon dollar xidmət göstərilib ki, bunun 766,9 milyon dolları əsas borc, 285,7 milyon dolları isə faiz borcu ödənişləridir. Eyni zamanda, 1 oktyabr 2026-cı il tarixinə ölkənin strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edərək xarici dövlət borcunu təqribən 19,8 dəfə üstələyib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız