Bakıda bu məktəblərdə təmir başladı -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu məktəblərdə təmir başladı - FOTOLAR

Sosial

07 Avqust 2026 13:22 76


Yeni tədris ili ərəfəsində paytaxtda bir sıra təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan 57, 68 və 141 nömrəli məktəblər sökülərək yenidən tikilir. İncəsənət Gimnaziyasında, həmçinin 352 nömrəli uşaq bağçasında, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçasında və Etibar Ömərov adına uşaq bağçasında əsaslı təmir işləri davam edir. pizza sifarişi

Məlumata görə, ehtiyac olan digər təhsil müəssisələrində də cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd olunub ki, 2025–2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 59, 151, 313 və 324 nömrəli məktəblərdə, eləcə də 101 və 351 nömrəli uşaq bağçalarında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib.

Bundan başqa, 99, 116, 257 və 328 nömrəli, həmçinin A. Məmmədov adına uşaq bağçaları əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!