Bakıda bu mənzillərin qiyməti kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu mənzillərin qiyməti kəskin artdı

Sosial

28 Noyabr 2025 16:19 1858


Bakıda son dövrlər satışa çıxarılan mənzillərin sahəsinin kiçildiyi müşahidə olunur. 

“Yeni Sabah” Milli.Az-a istinadən bildirir ki, ölçülərin azalması qiymətlərə təsir göstərmir. Əksinə, kiçik sahəli mənzillər baha qiymətə təklif olunur. Məsələn, 28 m² sahəsi olan 1 otaqlı yeni tikili 118 000 manata, 35 m²-lik 1 otaqlı mənzil isə 138 000 manata satışa çıxarılıb.

Həmçinin son illərdə daha çox "studio" tipli mənzillər təklif edilməsi də alıcılar arasında geniş müzakirələrə səbəb olub.  Belə ki, əvvəllər 1 otaqlı mənzillər ayrıca mətbəxə malik olurdu. 2 və 3 otaqlı mənzillərin də öz ayrıca mətbəxi mövcud idi. İndi isə mətbəxlə otağı birləşdirib "studio" adı ilə təqdim edirlər. pizza sifarişi

Bildirirlər ki, satışa çıxarılan 2 otaqlı studiya mənzillər əslində əvvəlki planlaşdırmalardakı 1 otaqlı evlərə, 3 otaqlı studiyalar isə əvvəlki 2 otaqlılara uyğundur. Lakin reklam materiallarında bu mənzillər "iki otaqlı", "üç otaqlı" kimi təqdim edilir ki, bu da alıcıda daha böyük mənzil təəssüratı yaradır.

Bəzi alıcılar bunu satış strategiyası, bəziləri də bazarda bahalaşma fonunda imkansız insanların da ev ala bilməsi üçün alternativ imkan kimi qiymətləndirir.

Amma ümumi narazılıq ondan ibarətdir ki, sahələr kiçilir, lakin qiymətlər əvvəlkindən daha yüksək olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!