Bakıda çoxmərtəbəli binada qorxulu anlar -   FHN hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda çoxmərtəbəli binada qorxulu anlar - FHN hərəkətə keçdi

Hadisə

22 Sentyabr 2026 10:07 103


Bakıxanov qəsəbəsində iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə iki azyaşlının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Dominos pizza

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Məlum olub ki, mənzildə olan uşaqlar qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olublar. Mənzildə yatmış vəziyyətdə aşkarlanan 2018 və 2019-cu il təvəllüdlü iki uşaq yaxınlarına təhvil verilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!