Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

İdman

05 Oktyabr 2026 17:18 104


Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb.

"Yeni Sabah" xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilir.

Ötən gün start götürən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq. Dominos pizza

Hələlik yığmamızın aktivində bir medal var. Yarışın ilk günündə mübarizəyə qoşulan Əhməd Yusifov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!