Bakıda daha bir məktəb distant tədrisə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Sosial

26 Oktyabr 2021 12:42 587


Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib. 

Bakı şəhəri üzrə Təhsil İdarəsində Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmasının təsdiq olunmasıdır. pizza hut

Yoluxma nəzərə alınaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!