Bakıda ət və toyuq qiymətləri: Son vəziyyət

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ət və toyuq qiymətləri: Son vəziyyət

İqtisadiyyat

28 İyun 2025 18:25 6667


Son günlər paytaxt bazarlarında ət və toyuq məhsullarının qiymətində müəyyən artım müşahidə edilir. Əsas artım mal ətindədir və onun qiyməti əvvəlki aylara nisbətən təxminən 20-25% yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, hazırda Bakıda mal ətinin 1 kiloqramı ₼16-₼18 aralığında satılır. Bu, keçən aylarda müşahidə olunan ₼12-₼14 qiymətindən xeyli yüksəkdir.

Toyuq məhsullarında isə qiymət artımı daha azdır. Bazarlarda toyuq filesinin qiyməti 1 kiloqram üçün təxminən ₼6.9-₼10 manat civarındadır və böyük artım qeydə alınmayıb. pizza mizza

Satıcılar ətin bahalaşmasını əsasən yem xərclərinin artması və yay mövsümündə tədarük çətinlikləri ilə əlaqələndirirlər. Həmçinin, bölgələrdən gətirilən diri mal-qaranın qiymətində fərqlər olması da pərakəndə satışa təsir edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, ət məhsullarının qiymətləri bazar prinsiplərinə əsaslanır və dövlət tərəfindən birbaşa tənzimlənmir.

Rəvan Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!