Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraiti dəyişib, leysan yağışları qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatına əsasən, ölkənin əksər ərazilərində hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan yağıb.
Yağıntının miqdarı Ağstafada 15 mm, Balakəndə 11 mm, Zaqatalada 8 mm, Qaxın Sarıbaş kəndində 7 mm, Gədəbəydə 6 mm, Tovuz və Ceyrançöldə 2 mm, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar və Şahdağda isə 1 mm təşkil edib. Sezar pizza
Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 20 metrə çatır.
Telegram kanalımız