Bakıda hərbi sursat tapılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hərbi sursat paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində tapılıb. pizza hut
Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.
Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.
Telegram kanalımız