Bakıda Hindistan sərgisi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Hindistan sərgisi keçiriləcək

Maraqlı

29 Avqust 2019 10:55 4487


Bakıda növbəti dəfə Hindistan Günləri təşkil olunacaq.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.  

Bakı İdman Sarayında 30 avqust – 8 sentyabr tarixlərində “Best of İndia”, yəni “Hindistanın ən yaxşıları” adı ilə bu ölkənin məhsullarının sərgisi keçiriləcək. pizza sifarişi

Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları vs. nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 923 milyon dollar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!