Sentyabrın 25-26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təşkil olunacaq.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutacaq tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr ediləcək.
Forumda dünyanın aparıcı investorları, beynəlxalq maliyyə institutları və biznes liderləri bir araya gələrək Orta Dəhliz, yaşıl enerji, süni intellekt, rəqəmsallaşma, infrastruktur, aqrobiznes və turizm kimi strateji sahələrə investisiya imkanlarını müzakirə edəcəklər. Tədbir çərçivəsində yeni tərəfdaşlıq sazişlərinin və konkret layihələrin imzalanması gözlənilir. Sezar pizza
Xatırladaq ki, ötən il keçirilən birinci forumda 1000-dən çox iştirakçı yer alıb və ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan (bunun 7 milyard dollardan çoxu qeyri-neft sektoruna aiddir) investisiya müqavilələri bağlanıb.
Telegram kanalımız