Bakıda kütləvi dezinfeksiya

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kütləvi dezinfeksiya

Sosial

31 İyul 2021 17:34 1171


Bu gün paytaxtda geniş daxili iməclik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda prospekt və küçələrin, səkilərin  kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib. Dördpendirli pizza

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!