Bakıda məşhur restoranlar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoranlar cərimələndi

Sosial

16 Mart 2023 09:41 617


Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Yenisabah.az -a verilən xəbərə görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Planet", "Xarı Bülbül", "Ay işığı", "Su səsi" və "Manisa Palace" restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.  Dominos pizza

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər. 

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!