Bakıda məşhur restoranlar şəbəkəsi   BAĞLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoranlar şəbəkəsi BAĞLANDI

İqtisadiyyat

12 Yanvar 2026 17:23 1280


Bakıda fəaliyyət göstərən “Pak Dad” restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo (“Əhmədli” metrostansiyası), M.Qardaşları (“Torqovı”), A.M Şərifzadə küçələri, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.

Restoranların daxil olduğu “Pakdad 2008” MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil. pizza

MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.

Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, (“Hacıqabul Quşçuluq” MMC və “Coffee Service” MMC) özünü ləğv etdiyini açıqlayıb.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!