Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı

Hadisə

01 İyun 2024 20:56 696


Bakıda qəbir üstündən 110 manatlıq gül çələngi oğurlayan şəxs həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, hadisə Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində baş verib.

Emin adlı şəxs dünyasını dəyişən atasının məzarına 110 manatlıq gül çələngi qoyub. Toyuqlu pizza

1986-cı il təvəllüdlü Zabil Hümmətov (ad, soyad şərtidir) məzarlıqda gəzəndə həmin çələngi görüb.

İşsiz olduğu üçün gülləri götürüb satmaq istəyib.

O, saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!