Bakıda nəhəng iqtisadi platforma: “AIIF 2026” fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nəhəng iqtisadi platforma: “AIIF 2026” fəaliyyətə başladı

İqtisadiyyat

25 Sentyabr 2026 11:42 82


Paytaxt Bakıda ölkə başçısı İlham Əliyevin himayəsi ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (“AIIF 2026”) təntənəli açılışı reallaşıb.

“Yeni Sabah” xəbər verir ki, tədbirin rəsmi hissəsində dövlət başçısının forum iştirakçılarına unvanladığı məktub diqqətə çatdırılıb. Müraciəti Baş nazirin müavini Samir Şərifov səsləndirib.

İqtisadiyyat Nazirliyi ilə “The European House – Ambrosetti & TEHA Group”un birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq toplantı iki gün müddətində davam edəcək. Buillik forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” konsepti əsasında təşkil olunub. Təşəbbüsün ana qayəsi yeni biznes əlaqələrinin yaradılması, xarici kapitalın ölkəyə cəlbi və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Toyuqlu pizza

Proqram çərçivəsində keçiriləcək panel müzakirələrində qlobal geosiyasi dəyişikliklərin investisiya mühitinə təsirləri, Azərbaycanın tranzit və strateji üstünlükləri, habelə müxtəlif sektorlar üzrə inkişaf perspektivləri diqqət mərkəzində olacaq.

Eyni zamanda, forum günlərində yerli qurumlarla xarici investorlar arasında bir sıra mühüm tərəfdaşlıq sazişlərinin və memorandumların imzalanması gözlənilir. Mötəbər tədbirin ölkənin beynəlxalq iqtisadi mövqeyini daha da gücləndirəcəyi və iri layihələrin icrasına təkan verəcəyi proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!