Bakıda məşhur hoteldə YANĞIN -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur hoteldə YANĞIN - VİDEO

Hadisə

16 İyul 2026 09:03 1121


Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Pepperoni pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Arena Hall" hotelinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadratmetr olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən hotelin qonaqları təxliyə olunublar. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10 kv.m. sahədə yanıb.

Saunanın böyük hissəsi və hotel binası yanğından mühafizə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!