Bakıda pedofil məşqçi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda pedofil məşqçi saxlanıldı

Kriminal

17 İyul 2019 21:48 1528


Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Bu barədə Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir. Dominos pizza

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.

Oxu.Az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!