Bakıda qeyri-adi oğurluq - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qeyri-adi oğurluq - Video

Kriminal

29 Noyabr 2024 20:58 1380


Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binaların dəhlizlərindən yanğınsöndürən borular naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə binadakı mənzillərdən birinə aid müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb. Şəxsin üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!