Bakıda qəza törədən “Formula 2“ pilotu cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəza törədən “Formula 2“ pilotu cərimələndi

İdman

14 İyun 2022 09:21 960


"Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu Cem Bölükbaşı Bakıda baş vermiş qəzaya görə cərimələnib.

Yenisabah.az xəbər verir ki, buna 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşının və meneceri Temuçin Ünalpın DAMS komandasının qarajına gedərək israilli sürücü Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə etməsi səbəb olub.

İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub. pizza hut

Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.

Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb. Pilot qarşıdakı yarışda mübarizəyə 3 sıra geridən başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!