Maştağa qəsəbəsində 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) “Khazar” markalı avtomobillə bir neçə maşına çırpılıb.
“Yeni Sabah” xəbət verir ki, araşdırma zamanı məlum olub ki, gənc qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı özü ilə aparıb. Onlar həmin müddətdə avtomobildə hərəkət edib və gecələyiblər.
Qızın anası polisə müraciət edib. Axtarış zamanı Rüstəm və qızın görüşə çağırıldığı yerə polis əməkdaşları da gəlib. Polis maşınını görən gənc sürətlə uzaqlaşmağa çalışıb və qəza törədib. Toyuqlu pizza
Rüstəm Həbibov barəsində inzibati protokol tərtib olunub. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati həbs edilib. (Operativ Media Mərkəzi)
Telegram kanalımız