Qəzzada könüllü olan həkim seçkidə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada könüllü olan həkim seçkidə qalib gəldi

Dünya

04 Noyabr 2026 14:03 47


Qəzza zolağında könüllü cərrah kimi xidmət edərək humanitar yardımlarda fəal iştirak edən həkim Adəm Hamavi ABŞ-də keçirilən aralıq seçkilərində böyük uğura imza atıb.

“Yeni Sabah” xəbər ki, Demokratlar Partiyasının namizədi olan Hamavıy Nyu-Cersi ştatının 12-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasına üzv seçilib.

Bu qələbə ilə A.Hamavi Nyu-Cersi ştatının ilk müsəlman və ilk misir mənşəli amerikalı konqresmeni kimi tarixdə yeni səhifə açıb. Seçki kampaniyası boyunca həm tibb sahəsindəki təcrübəsini, həm də humanitar böhran bölgələrindəki fəaliyyətini ön plana çıxaran gələcək konqresmen seçicilərin böyük etimadını qazanıb. pizza hut

ABŞ siyasətində diqqətçəkən bu nəticə həm yerli icma, həm də ərəb-amerikalı cəmiyyəti tərəfindən böyük coşğu ilə qarşılanıb. Adəm Hamavi yaxın vaxtlarda rəsmən and içərək Vaşinqtonda öz fəaliyyətinə başlayacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!