Bakıda şənbə günləri də dərs olacaq?   - BŞTİ-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şənbə günləri də dərs olacaq? - BŞTİ-dən açıqlama

Sosial

22 Sentyabr 2021 09:09 830


"Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür".

Yenisabah.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər: "Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər". pizza sifarişi

"Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər" - o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!