Bakıda sərnişin avtobusu HASARA ÇIRPILDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu HASARA ÇIRPILDI

Hadisə

07 Aprel 2025 13:12 311


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. pizza sifarişi

Baş vermiş hadisə ilə bağlı marşrut xəttinin sahibu "Transkontrol" MMC-dən fakt təsdiqlənib.

Qeyd olunub ki, hadisə bu gün səhər, təxminən saat 6 radələrində baş verib:

"Hadisə avtobus qrafikdə olmayıb. Avtobusun qarşısına qəfil minik maşını çıxıb, sürücü qəzadan yayınmaq istəyəndə nəqliyyat vasitəsi hasara çırpılıb. Xəsarət alan yoxdur, avtobusun ön hissəsinə maddi ziyan dəyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!