Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz   DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK

Sosial

04 Sentyabr 2026 12:37 39


Binəqədi şossesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

"Yeni Sabah" xəbər verir ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan araşdırmalar zamanı qeyd olunan kəsişmələrdə, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığının yarandığı müəyyən edilib.

Sıxlığın azaldılması və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək. pizza sifarişi

Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq.

Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq.

Görüləcək tədbirlərin nəqliyyatın daha rahat və fasiləsiz hərəkətinə, eləcə də ərazidə yaranan sıxlığın azaldılmasına imkan verəcəyi bildirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!