Bakıda kişini qatar vurub.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 21-də 35 yaşlı Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan vurub. Nəticədə piyada aldığı xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Dördpendirli pizza
İbtidai istintaq davam etdirilir.
Telegram kanalımız