Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

Hadisə

19 Oktyabr 2019 09:26 1189


Bakıda tikintidə ölüm hadisəsi baş verib.

"Yeni Sabah"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.

Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sezar pizza

Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!