Bakıda torpaq sürüşməsi baş verib   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda torpaq sürüşməsi baş verib - VİDEO

Sosial

18 Fevral 2026 01:17 742


Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xatırladır ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.

Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır. pizza mizza

Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilməyib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!