Bakıda universitet tələbəsi vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda universitet tələbəsi vəfat etdi 

Sosial

01 Fevral 2024 15:16 571


Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib. 

Bu barədə Yenisabah.az-a universitetin mətbuat xidmətindən bildirilib. 

2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Dördpendirli pizza

Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi. 

Allah rəhmət eləsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!