Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb. Toyuqlu pizza
Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız