Bakıda yanan məktəb distant təhsilə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanan məktəb distant təhsilə keçdi

Sosial

07 Yanvar 2022 09:53 921


Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtbəsində baş verib, məktəbin müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!