Bakıda yarım milyonluq toy edilir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yarım milyonluq toy edilir

Şou

26 Noyabr 2025 15:57 1687


Şairə Nazilə Səfərli Azərbaycanda keçirilən xına məclislərinə xərclənən məbləğlər haqqında danışıb.

"Yeni Sabah" xəbər verir ki, bu brədə o, "Öz aramızda" verilişində danışıb. 

Şairə bildirib ki, Bakıda 200 minlik xına məclisləri keçirilir: Sezar pizza

"200 minə xına məclisi təşkil edilir. Beşulduz oteldə stol menyusu 500 manatdırsa, dekor da baha olur. Mənim bir xınam olub ki, üç gün işləmişdilər. Beşulduzlu oteldə Şəki Xan Sarayı dekoru qurulmuşdu. Təkcə dekor 52-53 min idi. Tanınmış müğənniləri çağırırlar. Ən çox dəvət olunan da Gülay Zeynallıdır. Xonçaya elə yarım milyon ödəyən var. Mən hərdən çəkib paylaşıram, dörd-beş brilliant dəst olur. Bu da bizim ölkəmizdir. Allah bol etsin".

Proqramda yer alan müğənni Kərim Abasov isə "Bu yaxınlarda bir toy sifarişi gördüm - Mustafa Sandal, Qazaxıstan, Özbəkistan ifaçıları, Azərbaycan Xalq artistləri var idi. Mustafa 1 saatı üçün 170 min dollar almışdı" sözlərini əlavə edib.  

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!