Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.
"Yeni Sabah" xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. pizza hut
Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib.
Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. (Teleqraf.az)
Telegram kanalımız