Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlandı

Sosial

11 Mart 2024 18:29 419


Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəz tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə bir planlı və bir plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb. pizza sifarişi

Yoxlamalar zamanı dörd aptekdə nöqsan aşkarlanıb, doqquz adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!