Bakıdakı dəbdəbəli toyun sahibi o imiş...   - FOTOLAR + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı dəbdəbəli toyun sahibi o imiş... - FOTOLAR + VİDEO

Sosial

13 Sentyabr 2026 17:12 104


Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

“Yeni Sabah” “Unikal”a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır. pizza

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Qafqazinfo”ya E. Feyzullayevin 1 ildən çoxdur ki, vəzifədən azad olunduğu bildirilsə də, bu dəqiqələrə qədər onun adı qurumun saytında görünürdü.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!