Bakını uçan qarışqalar bürüyüb -   Paytaxt sakinlərini narahat edən artımın səbəbi bu imiş

saytların hazırlanması

Evə çatdırılma

Bakını uçan qarışqalar bürüyüb - Paytaxt sakinlərini narahat edən artımın səbəbi bu imiş

Sosial

25 İyun 2026 17:38 113


Bakıda hər evdə uçan qarışqalardan şikayət var, xüsusilə həyət evlərinin sakinləri bu həşəratlardan dad edirlər.

“Təkcə uçan qarışqalar yox, bu il ağcaqanadların sayı da kəskin artıb”.

Bunu “Yeni Sabah”a serpentoloq və dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev danışıb. Toyuqlu pizza

“Bunun əsas səbəbi son vaxtlar yağan güclü yağışlardır. O cümlədən Mərdəkan, Nardaran və bəzi digər ərazilərdə yağış sularının yaratdığı gölməçələr uzun müddət qurumayıb, çirkab ərazilər təmizlənməyib. Bu həşəratlar həmin su hövzələrində sürfə qoyaraq çoxalırlar”, - deyə Z.Nağıyev izah edib.

Onun sözlərinə görə, ümumiyyətlə, may və iyun ayları həşəratların çoxalma dövrü hesab olunur:

“Bu il yağışların normadan artıq olması həşərat sayının daha da artmasına səbəb olub. Əgər təxminən 20 gün ərzində yağış yağmasa, gölməçələr quruyacaq və həşəratların çoxalma imkanları xeyli azalacaq”.

Mütəxəssisin sözlərinə görə, hazırkı vəziyyətin dəyişməsi ilə ağcaqanad və uçan qarışqaların sayı normal səviyyəyə enəcək.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!