Bakının bu ərazilərində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində işıq olmayacaq

Sosial

13 Sentyabr 2026 22:28 108


Yasamal ilə Xəzər rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 14-də Yasamalda Transformator Məntəqəsində (TM) təmir, Xəzər rayonunda isə 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq. Dominos pizza

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, İslam Səfərli, Mirzə Cabbar Məmmədzadə Şıxəli Qurbanov, Ümid Əkbərov, Vasif Əliyev, Zaur Kərimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!