Bakının bu küçəsi təmir edilir - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçəsi təmir edilir - Video

Sosial

11 Oktyabr 2022 19:55 944


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsini təmir edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 620 metr olan adıçəkilən küçənin təmiri çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşları yenilənir. pizza mizza

Daha sonra zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılacaq, əks-dolğu işlərinin icrası ilə küçə profilə salınacaq, yeni asfalt-beton örtüyü döşənəcək.

Sonda isə üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!