Bakının daha bir qəsəbəsi abadlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Bakının daha bir qəsəbəsi abadlaşdırılır

Sosial

15 Fevral 2021 10:48 658


Paytaxt sakinləri və turistlər üçün görməli yerlərin siyahısına daha bir məkan əlavə edilir.

Yenisabah.az-ın məlumatına görə, Balaxanı, Bibiyehbət qəsəbələrinin bərpasından sonra Suraxanı rayon Əmircan qəsəbəsində də yenidənqurma və bərpa işləri aparılır. Bakının qədim kəndlərindən olan Əmircanda tarixi məkanlar maraqlı görkəm alacaq.

Artıq qəsəbədə bir müddətdir ki, bu istiqamətdə işlər başlayıb. Dörd küçədə abadlıq işləri görülür, əvvəllər malalanan divarlar çapılır, qədimliyi müəyyənləşən hasarlar xüsusi məhlul ilə təmizlənir, tarixi görkəmi geri qaytarılır. pizza

Bu günə kimi işıqsız olan küçələrdə yeni dirəklər quraşdırılır, su və kanalizasiya boruları, rabitə xətləri bərpa edilir. (Trend)

Qəsəbədə yük avtomobillərinin daha intensiv hərəkət etdiyi yollar asfaltla örtülür, digərləri isə qəmbər daşları ilə yenilənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!