Bakının keçmiş merinin tanınmış musiqi müəllimi olan qızı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakının keçmiş merinin tanınmış musiqi müəllimi olan qızı vəfat etdi

Mədəniyyət

13 Dekabr 2025 15:22 18264


Azərbaycanın tanınmış musiqi müəllimi Tamilla Rəhimova 77 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, son illərdə T.Rəhimovanın gözləri tutulubmuş. O, yaşla bağlı xəstəlikdən dünyasını dəyişib. pizza hut

Mərhum Bakıda dəfn olunub.

Qeyd edək ki, T.Rəhimovanın iki övladı var. Hər ikisi ABŞ-də yaşayır. Ona görə də analarının dəfnində iştirak edə bilməyiblər. Amma yas mərasimi üçün Bakıya gəlirlər.  

Xatırladaq ki, Tamilla Nəcməddin qızı Rəhimova (Əhmədova) 1948-ci il martın 8-də Bakıda anadan olub.

O, tanınmış  ictimai-siyasi xadim, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (hazırda Bakı Şəhər İcra Hakimiyyəti) keçmiş sədri, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi və Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi olmuş Nəcməddin Əhmədovun qızıdır.

T.Rəhimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Bakı Musiqi Akademiyasında vokal və estradadan dərs deyib.

O, bir çox tanınmış müğıənnilərin - Xalq artisti Faiq Ağayev, müğənnilər Təranə Mahmudova, Murad Arif və başqalarının müəllimi olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!