Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü - Tanınmış memar ifşa etdi!

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü - Tanınmış memar ifşa etdi!

Sosial

04 Sentyabr 2026 09:13 123


Tanınmış memar Elçin Əliyev Bakıda aparılan tikinti işləri və şəhərsalma siyasəti ilə bağlı sərt fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, memar son bir-iki ildə paytaxtın şəhərsalma siyasəti sahəsində baş verənlərin ciddi suallar doğurduğunu bildirib.

O, dövlət qurumlarının açıqlamaları ilə şəhər sakinlərinin müşahidə etdiyi reallıq arasında ziddiyyət yarandığını vurğulayıb. Pepperoni pizza

E. Əliyev Üzeyir Hacıbəyli küçəsində 28 mərtəbəli iki “Nasimi Towers” qülləsinin tikintisinə başlanılmasını da tənqid edib. Onun sözlərinə görə, sözügedən ərazi yeni qəbul edilmiş “Bakı-2040” Baş Planında beş mərtəbədən hündür binaların tikintisinin qadağan olunduğu “Mərkəzi rayon”un qırmızı mühafizə zonasında yerləşir.

Memar həmçinin 28 May küçəsindən “Ritz-Carlton” otelinədək park və yaşıl bulvar salınması üçün nəzərdə tutulan ərazidə tikinti işlərinə başlanıldığını iddia edib.

“Belə bir şey necə mümkündür?! O zaman “Bakı-2040” Baş Planı ümumiyyətlə nəyə lazımdır?” – deyə Elçin Əliyev sual edib.

O bildirib ki, park və yaşıllıq zonaları üçün nəzərdə tutulan ərazilərdə qısa müddət sonra yeni binaların tikintisi üçün qazıntı işlərinin aparılması Baş Planın mahiyyətini şübhə altına alır.

“Belə çıxır ki, Bakıda ümumiyyətlə heç bir şəhərsalma planlaşdırılması mövcud deyil! Yalnız gözəl sxemlər, təqdimatlar və cəmiyyətə verilən vədlər var”, – deyə memar qeyd edib.

Elçin Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsələ ilə bağlı Bakı sakinlərinə açıq izahat verməli olduğunu bildirib.

“Bakı sakinlərinə “Bakı-2040” Baş Planı ilə əslində nə baş verdiyini və niyə məhz həmin Baş Planla tamamilə başqa təyinat müəyyən edilmiş ərazilərdə tikinti işlərinin aparıldığını açıq şəkildə izah etmələrinin vaxtı çatıb!” – deyə o vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!