Paytaxtın ictimai nəqliyyatında tətbiq olunan elektron və nəğdsiz ödəniş sistemində yaşanan texniki nasazlıqlar və gecikmələr sərnişinlərin ciddi narazılığına səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Şəlalə Şabanova adlı şəhər sakini "Baku Bus"a məxsus avtobuslarda bank kartları və QR kodla ödəniş zamanı tez-tez mənfi hallar yarandığını bildirib.
Sərnişinin sözlərinə görə, kartda kifayət qədər vəsaət olmasına baxmayaraq validator əməliyyatı "müvəqqəti aktiv deyil" xətası ilə rədd edir, lakin sonradan — hətta gecə saatlarında — həmin məbləğ hesabdan silinir. Bundan başqa, 211 nömrəli marşrut xəttində QR kodla ödəniş cəhdləri alınmadıqdan sonra kartla ödəniş edən vətəndaşdan tək gediş üçün ümumilikdə 1 manat 85 qəpik (3 dəfə 0.65 qəpik) tutulub. pizza sifarişi
Şikayətçi vurğulayıb ki, yaranan problemlə bağlı banka müraciət etdikdə məsələ "Baku Bus"ın, nəqliyyat qurumuna müraciət etdikdə isə bankın üzərinə atılır. Elektron ödəniş sisteminin tətbiqindən uzun müddət keçməsinə baxmayaraq oxşar xətaların təkrarlanması sərnişinlər tərəfindən ciddi səriştəsizlik və maliyyə itkisi kimi qiymətləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız