Bank Avrasiyanın pul vəsaitlərinin hərəkəti artdı

saytların hazırlanması

Evə çatdırılma

Bank Avrasiyanın pul vəsaitlərinin hərəkəti artdı

İqtisadiyyat

26 Sentyabr 2026 12:11 130


Bank Avrasiya ASC 2026-cı ilin ikinci rübü (30 iyun tarixinə) üzrə pul vəsaitlərinin hərəkətinə dair maliyyə hesabatını təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın nağd pul vəsaitlərinin hərəkətində və daxilolmalarında diqqətçəkən müsbət dinamika qeydə alınıb.

Maliyyə hesabatına əsasən, bankın əldə etdiyi faiz gəlirləri birinci rüblə müqayisədə 2 dəfədən çox artaraq 8 milyon 678 min manata çatıb. Nağd əsasda xalis faiz gəliri isə 7 milyon 195 min manat təşkil edib. pizza hut

Diqqətçəkən məqamlardan biri müştəri depozitlərindəki kəskin artımdır. Belə ki, ilin ikinci rübündə bankın depozit və cari hesablarına daxil olan xalis pul vəsaiti 3 milyon 815 min manat olub ki, bu da birinci rübün göstəricisindən (1.27 mln. manat) 3 dəfə çoxdur.

Eyni zamanda, Bank Avrasiya müştərilərə kredit ayrılmasını da sürətləndirib. Birinci rübdə kredit portfelindən daxilolmalar üstünlük təşkil etdiyi halda, ikinci rübdə müştərilərə xalis 6 milyon 196 min manat həcmində yeni kreditlər yönəldilib.

Hesabat dövründə bankın əməkhaqqı və digər kompensasiya ödənişləri 2.27 milyon manat, inzibati xərcləri isə 365 min manat təşkil edib. Ümumilikdə, bank əməliyyat fəaliyyətindən 6 milyon 866 min manat xalis pul vəsaiti generasiya edib.

Beləliklə, dövrün əvvəlinə 30.66 milyon manatlıq nağd vəsaitlə başlayan Bank Avrasiya ASC rüb ərzində əldə olunan xalis artım hesabına dövrün sonuna pul vəsaitləri və onların ekvivalentlərinin həcmini 37 milyon 216 min manata çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!