Bank kartlarına qoyulan qadağa ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarına qoyulan qadağa ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

24 Sentyabr 2026 21:54 258


Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

"Yeni Sabah" xəbər verir ki, ABA-nın açıqlamasında bildirilir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulan ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, həmçinin depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada bir, hər bir xarici valyuta üzrə isə bir ödəniş kartı nəzərdə tutulur.

İqtisadiyyatAzərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL Marqarita pizza

Bu, o deməkdir ki, müştəri bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq olunur.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada iki ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə bir ödəniş hesabı nəzərdə tutulur.

Qeyd olunan limitlər baza xarakteri daşıyır, risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır.

Ödəniş xidməti istifadəçisi kartdan və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə əsaslandırılmış izahat təqdim etdikdə, həyata keçirilən əməliyyatlar bankda istifadəçi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdikdə və hesabın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandıqda, bank və ya elektron pul təşkilatı konkret istifadəçi üzrə həmin limitləri artıra bilər.

Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil. Məqsəd risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!