Sosial şəbəkələrin "Müştəriyəm şikayətim var" qrupunda Elməddin Qasımlı adlı vətəndaş "Bank of Baku"nun Neftçilər filialındakı xidmət keyfiyyəti və qeyri-müəyyən kredit şərtləri ilə bağlı narazılığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, müştərinin sözlərinə görə, sentyabrın 16-da kredit müraciəti üçün bankın Neftçilər filialına yaxınlaşıblar.
İnternet reklamlarında fərqli şərtlər göstərilməsinə baxmayaraq, bank əməkdaşları gəlir yetərsizliyini bəhanə edərək müraciətə imtina cavabı veriblər. Müştəriyə növbəti gün qızıl girovu ilə kredit götürmək təklif olunub. pizza sifarişi
Lakin ertəsi gün filiala yenidən yaxınlaşdıqda, krediti başqa şəxs götürəcəyi halda bank əməkdaşı müraciət edən vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb edib. Şikayətçi bank işçisinin bu tələbinə etiraz etdikdən sonra əməkdaşın qərəzli davranışı ilə qarşılaşdığını və insident yaşandığını qeyd edib.
Vətəndaş bank rəhbərliyinə müraciət edərək kredit şərtlərinin internet resurslarında daha açıq və aydın şəkildə qeyd olunmasını tələb edib.
Nazim Hacıyev
Telegram kanalımız