“Bank of Baku”nun vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Bank of Baku”nun vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

İqtisadiyyat

16 Sentyabr 2026 16:22 101


“Bank of Baku” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə “Bank of Baku” ASC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi əsasında 10 000 manat məbləğində cərimə edilib. pizza mizza

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirləri, məlumat və sənədlərin saxlanılması və qanunvericiliklə müəyyən edilmiş digər tələblərin pozulması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Mərkəzi Bankın açıqlamasında pozuntunun konkret hansı əməliyyat və ya prosedurla bağlı olduğu açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!