“Barselona” “Real Madrid”i darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” “Real Madrid”i darmadağın etdi

İdman

05 Oktyabr 2026 12:01 83


İspaniya qadın futbolunda "Barselona" komandası rəqibi "Real Madrid" üzərində növbəti böyükhesablı qələbəsini qazanıb.

“Yeni Sabah” xəbər verir ki, çempionat çərçivəsində keçirilən prinsipial qarşılaşmada "Barselona Femeni" rəqibini cavabsız 7 qolla darmadağın edib.

Bu nəticə ilə Kataloniya təmsilçisi "El Klasiko" qarşılaşmalarında "Real Madrid" üzərindəki mütləq üstünlüyünü bir daha nümayiş etdirib. Qadınlardan ibarət "Barselona" komandası ezəli rəqibi ilə keçirdiyi son 7 oyunun hamısında qələbə qazanıb. Pepperoni pizza

Bu qarşılaşmalarda müvafiq olaraq 7:0, 6:0, 3:0, 6:2, 4:0, 2:0 və 4:0 hesablı zəfərlər əldə edən kataloniyalılar son 7 oyunda rəqib qapısından 32 top keçirib, öz qapısında isə cəmi 2 qol görüblər. İnanılmaz statistik göstərici "Barselona"nın ölkənin qadın futbolundakı mütləq hegemonluğunu bir daha təsdiqləyir. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!