“Barselona”da gözlənilən ayrılıq

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”da gözlənilən ayrılıq

İdman

19 Noyabr 2026 10:43 50


"Barselona"nın müdafiəçisi Jül Kunde cari mövsümdə əsas heyətdə daimi yer qazana bilmədiyi üçün yanvar transfer pəncərəsində komandadan ayrılmağa qərar verib.

“Yeni Sabah” xəbər verir ki, mövsümün əvvəlindən bəri La Liqada əsas heyətdə 28 yaşlı fransalı futbolçu cəmi 3 qarşılaşmada meydana çıxıb.

Baş məşqçi Hansi Flikin rəhbərliyi altında başlanğıc heyətindəki yerini itirən və nadir hallarda şans əldə edən Kunde mütəmadi çıxış edə biləcəyi klub axtarışındadır. Online alış-veriş

"Çelsi" klubu uzun müddətdir izlədiyi futbolçunun durumunu yaxından diqqətdə saxlasa da, onu hələlik yanvar ayı üçün əsas prioritet hədəf saymır. Bununla belə, transfer pəncərəsinin bağlanmasına yaxın vəziyyətin dəyişə biləcəyi və son anda qərar verilməsinin istisna olunmadığı qeyd edilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!