Könül Xasıyevanı qınayanlara: “Xalqımıza zövq verir” - “Pub” rəhbəri danışdı

saytların hazırlanması

Evə çatdırılma

Könül Xasıyevanı qınayanlara: “Xalqımıza zövq verir” - “Pub” rəhbəri danışdı

Şou

19 Noyabr 2026 11:01 192


“By Mukhtar Restoran & Pub”ın rəhbərliyi Xalq artisti Könül Xasıyevanın həmin məkanda çıxışı ilə bağlı yayılan görüntülərə və tənqidlərə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, restoran rəhbəri sosial şəbəkələrdə məkanın gecə klubu və ya "pub" (pivəxana) kimi təqdim edilməsinin həqiqəti əks etdirmədiyini vurğulayıb.

“By Mukhtar Restoran & Pub”ın məlumatında bildirilib ki, müəssisə restoran kimi fəaliyyət göstərir və burada canlı musiqi proqramları təşkil olunur:  Elektronika məhsulları

“Başda Xalq artistimiz Könül Xasıyevaya təşəkkür edirəm ki, bizi seçdi və məkanımıza gəldi. Nə mənim, nə işçi heyətimizin, nə də qonaqlarımızın ona qarşı hər hansı hörmətsizliyi olub. Əksinə, çox gözəl konsert proqramı keçdi. İnşallah, noyabrın 24-də yenidən çıxışı olacaq.

Buradan xəbər saytlarına və videoların şərh bölməsində mənfi rəylər yazan izləyicilərə səslənirəm. Biz də azərbaycanlıyıq, bu xalqın nümayəndələriyik. Xəbər saytlarının rəhbərlərindən xahiş edirəm ki, paylaşdıqları görüntülərin üzərində yazdıqları başlıqlara diqqət etsinlər. Baxış və reytinq toplamaq naminə reallığı əks etdirməyən məlumatlar yaymasınlar.

Könül xanımın səs yazısı da yayıldı. O, bu məsələyə münasibət bildirərək ehtiyacı olduğu, xəstə olduğu vaxtlarda yanında heç kimin olmadığını vurğuladı. Bu gün isə sənəti, gözəl səsi və ifaları ilə xalqımıza zövq verir. Onun çıxışından bizim də yararlanmaq imkanımız oldu və buna görə çox şadıq.

Məkanımıza gələn qonaqlara da təşəkkür edirəm. Onlar səliqəli şəkildə iştirak etdilər, sənətkarın ifalarını dinləyib ayrıldılar. Buraya gələn insanlar da xalqımızın nümayəndələridir, özünə hörmət edən insanlardır.

Xahiş edirəm, hadisələri düzgün işıqlandırın, artıq-əskik məlumatlar yazıb paylaşmayın. Könül Xasıyevanın məkanımızda çıxış etməsi bizim üçün böyük şərəf və qürurdur. Bu yenə də davam edəcək”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!